- Offside
- 23:59 29.10.2026
Azərbaycanın kamandan oxatma üzrə milli komandası İraqın Süleymaniyə şəhərində keçirilən Asiya Kubokunda iki medal əldə edib.
Azərbaycan Kamandan Oxatma Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, Lalə Əbdürrəhmanova, Fatimə Hüseynli və Yaylagül Ramazanovadan ibarət qadın komandası finalda Qazaxıstan yığmasını 5:4 hesabı ilə məğlub edərək qızıl medala sahib çıxıb.
Azərbaycanın qarışıq komandası isə turnirin gümüş medalını qazanıb.
Qeyd edək ki, Asiya Kubokunda 19 ölkənin təmsilçiləri mübarizə aparırlar