- Offside
- 23:59 29.10.2026
“Gəncə” basketbol komandası FIBA Avropa Kubokunda növbəti oyununu keçirib.
90deqiqe.Az-ın məlumatına görə, Murad Dikmənin rəhbərlik etdiyi kollektiv C qrupunun IV turunda Portuqaliyanın “Sportinq” klubunu qəbul edib. Gəncə İdman Sarayında keçirilən qarşılaşma təmsilçimizin 69:67 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, “Gəncə” qrupda əvvəlki oyunlarında Yunanıstanın “Kolossos” klubuna 62:80, Türkiyənin “Esenler Erokspor” kollektivinə isə 63:92 hesabı ilə məğlub olub. Komandanın III turda Bolqarıstan təmsilçisi “Rilski Sportist”lə qarşılaşması isə təxirə salınıb.