30 oktyabr 2026. Cümə

AMADA nümayəndələri IDEA Heyvanlara Qayğı Mərkəzini ziyarət ediblər


  • Offside
  • 11:00 29.10.2026
  • Oxunma sayı: 49
AMADA nümayəndələri IDEA Heyvanlara Qayğı Mərkəzini ziyarət ediblər

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) nümayəndələri IDEA Heyvanlara Qayğı Mərkəzində olublar.

90deqiqe.Az-ın məlumatına görə, ziyarət zamanı qonaqlara Mərkəzin yaranma tarixi və fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, IDEA Heyvanlara Qayğı Mərkəzinin təməli 2014-cü ilin oktyabrında Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tərəfindən qoyulub.

Mərkəzin tikintisi 2016-cı ilin sonunda başa çatdırılıb və kompleksin rəsmi açılışı Leyla Əliyevanın iştirakı ilə keçirilib. 2017-ci il martın 1-dən etibarən Mərkəz fəaliyyətə başlayıb.

Daha sonra qonaqlar müasir avadanlıqlarla təchiz olunmuş klinika, it və pişiklər üçün nəzərdə tutulan müvəqqəti sığınacaq və karantin blokları, himayə bölməsi, heyvan mehmanxanası və salonu, eləcə də oyun meydançası ilə tanış olublar. Mərkəzin hər bir bölməsinin fəaliyyəti barədə ətraflı məlumat təqdim edilib.

Sonda AMADA nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.







Offside