30 oktyabr 2026. Cümə

Azərbaycan cüdoçularının U-23 Avropa çempionatında rəqibləri müəyyənləşib


  • Offside
  • 22:45 29.10.2026
  • Oxunma sayı: 49
Azərbaycan cüdoçularının U-23 Avropa çempionatında rəqibləri müəyyənləşib

İtaliyanın Neapol şəhərində cüdo üzrə 23 yaşadək idmançılar arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, püşkatmanın nəticələrinə əsasən, Azərbaycan təmsilçilərinin ilk rəqibləri müəyyənləşib.

Oktyabrın 30-dan noyabrın 1-dək keçiriləcək qitə çempionatında Azərbaycan 6 çəki dərəcəsində 9 kişi cüdoçu ilə təmsil olunacaq. Yarışda 36 ölkədən 275 idmançı (155 kişi, 120 qadın) mübarizə aparacaq.

İlk yarış günündə təsnifat mərhələsi Bakı vaxtı ilə saat 13:00-da, final bloku isə saat 19:00-da başlayacaq.

Kişilər

60 kq, 1/8 final

Murad Muradlı – Unay Penyas Merino (İspaniya)

Babarəhim Mirzəyev – Mario Tinelli (İtaliya) / Yan Motoli Bonqambe (Fransa) cütünün qalibi

66 kq, 1/8 final

Nizami İmranov – Alessio De Luka (İtaliya)

İslam Rəhimov – Kristian Butuçi (Xorvatiya) / Adam Anastasopulos (Yunanıstan) cütünün qalibi

73 kq, 1/16 final

Əbil Yusubov – Luka Katiç (Xorvatiya)

Mehdi Cəfərov – Vlad Mitru (Moldova)

90 kq, 1/16 final

Əli Qazıməmmədov – Mixaylo Xoroşaylov (Ukrayna)

100 kq, 1/8 final

Əjdər Bağırov – İvan Kutenkov (Ukrayna)

+100 kq, 1/8 final

Kənan Nəsibov – Luka İvankoviç (Xorvatiya)







Offside