- Offside
- 23:59 29.10.2026
Səudiyyə Ərəbistanı çempionatının XII turunda “Əl-Nəsr” doğma meydanda “Əl-Xulud”la qarşılaşır.
90deqiqe.Az-ın məlumatına görə, turnir cədvəlinin orta pillələrində qərarlaşan qonaqlar favoritə çətin anlar yaşatsalar da, ikinci hissənin ortalarından etibarən oyunun gedişi dəyişib.
66-cı dəqiqədə Joao Feliks Anjelonun ötürməsindən sonra sol cinahdan cərimə meydançasına daxil olaraq topu qapıçının yanından Kriştiano Ronaldonun qarşısına çıxarıb. Portuqaliyalı hücumçu boş qapını dəqiq nişan alaraq hesabı 3:2 edib.
Cəmi altı dəqiqə sonra Feliks Anjelonun ötürməsi ilə cərimə meydançasının sağ cinahında topla təmin olunub, müdafiəçini keçərək meydanın kənarından uzaq dirəyə asma ötürmə verib. Ronaldo baş zərbəsi ilə topu qapıdan keçirərək dublunu rəsmiləşdirib.
Beləliklə, Kriştiano Ronaldonun karyerasında 1000-ci qoluna çatmasına daha 16 qol qalıb.