- Offside
- 23:59 29.10.2026
Səudiyyə Ərəbistanı çempionatında “Əl-Xulud”un qapısına 72-ci dəqiqəyədək iki qol vuran 41 yaşlı portuqaliyalı hücumçu Kriştiano Ronaldo bununla kifayətlənməyib.
90deqiqe.Az-ın məlumatına görə, o, matçın başa çatmasına doqquz dəqiqə qalmış het-trikini rəsmiləşdirib.
Hücum zamanı Sadio Mane Joao Feliksin ötürməsindən sonra qapıçı ilə təkbətək çıxsa da, fürsətdən yararlana bilməyib. Bununla belə, o, vaxtında topu cərimə meydançasının mərkəzinə ötürüb və Ronaldo dəqiq zərbə ilə fərqlənib.
Beləliklə, portuqaliyalı ulduzun karyerası ərzində vurduğu qolların sayı 985-ə çatıb. Onun 1000-ci qoluna çatması üçün daha 15 dəfə fərqlənməsi lazımdır.
Qeyd edək ki, Ronaldonun matçın 10-cu dəqiqəsində vurduğu qol VAR müdaxiləsindən sonra oyundankənar vəziyyət səbəbindən ləğv edilib.