- Offside
- 20:53 30.10.2026
Azərbaycanın iki sərbəst güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında yarımfinala vəsiqə qazanıb.
90deqiqe.Az-ın məlumatına görə, Arseni Cioyev (86 kq) 1/4 final mərhələsində Yunanıstan təmsilçisi, dünya və Avropa çempionu Georgios Kugiumtsidisi 3:1 hesabı ilə məğlub edib. Giorgi Meşvildişvili (125 kq) isə Türkiyə təmsilçisi Hakan Büyükçınqılı 10:1 hesabı ilə üstələyərək növbəti mərhələyə adlayıb.
Azərbaycan millisinin digər üzvlərindən Nurəddin Novruzov (61 kq) 1/8 finalda, Kənan Heybətov (70 kq) isə 1/4 finalda məğlub olaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, Azərbaycanın dünya çempionatında indiyədək üç medalı var. Yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) isə gümüş medal qazanıb.
Dünya çempionatına noyabrın 1-də yekun vurulacaq.