- Offside
- 20:53 30.10.2026
Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AZVİF) birgə təşkilatçılığı ilə Zəngilan rayonunun məktəbliləri arasında veloyürüş təşkil olunub.
AZVİF-dən 90deqiqe.Az-a verilən məlumata görə, 8 Noyabr – Zəfər Gününə həsr olunan tədbirdə Zəngilan şəhər məktəbinin, Ağalı və Məmmədbəyli kənd məktəblərinin şagirdləri, həmçinin müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandalarının üzvləri iştirak ediblər.
Tədbirin sonunda veloyürüşə qatılan Zəngilan məktəblilərinə Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən velosipedlər və qoruyucu dəbilqələr hədiyyə olunub.
Qeyd edək ki, veloyürüşün əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə idmanın və sağlam həyat tərzinin təbliği, məktəblilərin velosiped idmanına marağının artırılması, asudə vaxtlarının səmərəli təşkili və uşaqların idmana cəlb edilməsidir.