- Offside
- 20:53 30.10.2026
Azərbaycanın sərbəst güləşçisi Arseni Cioyev Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında finala vəsiqə qazanıb.
90deqiqe.Az-ın məlumatına görə, 86 kq çəki dərəcəsində mübarizə aparan idmançımız yarımfinalda Gürcüstan təmsilçisi Vladimir Qamkrelidzeni 9:1 hesabı ilə məğlub edib. Cioyev həlledici görüşdə ABŞ təmsilçisi Kayl Deyklə qarşılaşacaq.
125 kq çəki dərəcəsində çıxış edən digər Azərbaycan güləşçisi Giorgi Meşvildişvili isə yarımfinalda Rusiya təmsilçisi Abdulla Kurbanova 0:5 hesabı ilə uduzub. O, bürünc medal uğrunda görüşə çıxacaq.
Qeyd edək ki, Azərbaycanın dünya çempionatında indiyədək üç medalı var. Yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) isə gümüş medal qazanıb.
Dünya çempionatına noyabrın 1-də yekun vurulacaq.