- Offside
- 20:53 30.10.2026
Azərbaycan cüdoçusu İslam Rəhimov İtaliyanın Neapol şəhərində keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.
90deqiqe.Az-ın məlumatına görə, 66 kq çəki dərəcəsində mübarizə aparan idmançımız ardıcıl olaraq Xorvatiya təmsilçisi Kristian Butuçini, Fransa cüdoçusu Aleksi Renarı və yarımfinalda Ukrayna nümayəndəsi Qaqik Martirosyanı məğlub edərək finala yüksəlib.
Həlledici görüşdə Niderland təmsilçisi Yoxem van Hartenlə qarşılaşan Rəhimov rəqibinə ipponla qalib gələrək Avropa çempionu tituluna yiyələnib.
Beləliklə, İslam Rəhimov ardıcıl ikinci dəfə U-23 Avropa çempionatının qalibi olub. Cüdoçumuz 2025-ci ildə də eyni çəki dərəcəsində qızıl medal qazanıb. Həmin vaxt da finalda məhz Yoxem van Harteni məğlub edib.
Qeyd edək ki, Neapolda keçirilən qitə çempionatının fərdi yarışlarında 36 ölkədən 275 cüdoçu iştirak edir.