31 oktyabr 2026. Şənbə

“Araz-Naxçıvan” Çempionlar Liqasında mübarizəni dayandırıb


  • Offside
  • 00:08 31.10.2026
  • Oxunma sayı: 33
“Araz-Naxçıvan” Çempionlar Liqasında mübarizəni dayandırıb

“Araz-Naxçıvan” futzal klubu UEFA Çempionlar Liqasının cari mövsümündə çıxışını başa vurub.

90deqiqe.Az-ın məlumatına görə, Naxçıvan təmsilçisi turnirin əsas mərhələsinin V qrupunda sonuncu oyununu Polşanın “Piast” komandasına qarşı keçirib. Polşanın Qlivise şəhərindəki “PreZero Arena”da baş tutan qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Beləliklə, “Araz-Naxçıvan” qrup mərhələsini 3 xalla başa vuraraq turnirlə vidalaşıb.

Qeyd edək ki, Azərbaycan çempionu ilk oyununda Macarıstanın “Uypeşt” komandasını 5:4 hesabı ilə məğlub edib. Naxçıvan təmsilçisi ikinci turda isə Bosniya və Herseqovinanın “Buba Mara” kollektivinə 3:5 hesabı ilə uduzub.







Offside