31 oktyabr 2026. Şənbə

AFFA rəsmiləri futbol klublarının akademiya rəhbərləri ilə görüşüblər


  • Offside
  • 12:43 31.10.2026
  • Oxunma sayı: 27
AFFA rəsmiləri futbol klublarının akademiya rəhbərləri ilə görüşüblər

AFFA-nın texniki direktoru Edmond Klausun iştirakı ilə Premyer Liqa və digər futbol klublarının akademiya rəhbərləri arasında işgüzar görüş keçirilib.

AFFA-dan 90deqiqe.Az-a verilən məlumata görə, görüşdə assosiasiya ilə futbol klubları arasında əməkdaşlığın genişləndirilməsi, uşaq futbolunun inkişafı üzrə gələcək planlar və birgə layihələrin həyata keçirilməsi müzakirə olunub. Həmçinin Azərbaycan futbolunun mövcud problemləri və yerli futbolçuların xarakterik xüsusiyyətləri ətrafında fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində AFFA-nın Futbolun İnkişafı Departamentinin əməkdaşı Sakit Rzayev metodologiya və futbolda oyun modeli mövzularında təqdimatla çıxış edib.

Qeyd edək ki, AFFA ilə futbol klublarının akademiya rəhbərləri arasında bu formatda görüşlərin ildə üç dəfə keçirilməsi nəzərdə tutulub. Növbəti görüşün gələn ilin yanvar ayında təşkili planlaşdırılır.







Offside