- Offside
- 22:42 31.10.2026
Azərbaycan Basketbol Liqasının V turunda daha bir qarşılaşma keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, Bakı İdman Sarayında “Neftçi” və “LANDAU Lions” komandaları üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən görüş “Neftçi”nin 86:84 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, turun ötən gün keçirilən açılış oyununda “Ordu” “Naxçıvan”ı 84:76 hesabı ilə məğlub edib. Azərbaycan Basketbol Liqasının V turuna noyabrın 1-də yekun vurulacaq.