- Offside
- 22:42 31.10.2026
Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında bürünc medala sahib çıxıb.
90deqiqe.Az-ın məlumatına görə, 125 kq çəki dərəcəsində mübarizə aparan idmançımız üçüncü yer uğrunda görüşdə Macarıstan təmsilçisi Vladislav Baytsayevi məğlub edərək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) isə gümüş medal qazanıb.