31 oktyabr 2026. Şənbə

DÇ: Arseni Cioyev gümüş medal qazanıb


  • Offside
  • 19:11 31.10.2026
  • Oxunma sayı: 27
DÇ: Arseni Cioyev gümüş medal qazanıb

Azərbaycanın sərbəst güləşçisi Arseni Cioyev Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında gümüş medala sahib çıxıb.

90deqiqe.Az-ın məlumatına görə, 86 kq çəki dərəcəsində mübarizə aparan idmançımız final görüşündə dördqat dünya çempionu, ABŞ təmsilçisi Kayl Deykə məğlub olaraq mundialın gümüş medalını qazanıb.

Qeyd edək ki, bu gün Azərbaycanın digər sərbəst güləşçisi Giorgi Meşvildişvili (125 kq) üçüncü yer uğrunda görüşdə Macarıstan təmsilçisi Vladislav Baytsayevi məğlub edərək bürünc medala yiyələnib.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərimiz Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) isə gümüş medal qazanıblar.

Qeyd edək ki, oktyabrın 24-dən noyabrın 1-dək Astanadakı “Barys Arena” idman kompleksində keçirilən dünya çempionatında 135 ölkədən 900-dən çox idmançı iştirak edir. Proqrama yunan-Roma, sərbəst və qadın güləşi daxildir.







Offside