31 oktyabr 2026. Şənbə

Azərbaycan cüdoçuları Əbu-Dabi “Böyük Dəbilqə” turnirini beş medalla başa vurublar


  • Offside
  • 20:57 31.10.2026
  • Oxunma sayı: 26
Azərbaycan cüdoçuları Əbu-Dabi “Böyük Dəbilqə” turnirini beş medalla başa vurublar

Azərbaycan cüdoçuları Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük Dəbilqə” turnirində beş medal qazanıblar.

Azərbaycan Cüdo Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, aktivində iki qızıl, bir gümüş və iki bürünc medal olan milli komandamız 59 ölkə arasında ümumi komanda hesabında birinci yeri tutub.

Yarışın son günündə +100 kq çəki dərəcəsində mübarizə aparan Uşanqi Kokauri gümüş medala sahib çıxıb.

Əvvəlki iki gündə Könül Əliyeva (48 kq) və Balabəy Ağayev (60 kq) qızıl, Rəşad Yelkiyev (66 kq) və Hidayət Heydərov (73 kq) isə bürünc medal qazanıblar.

Əbu-Dabidə Azərbaycan qadın cüdosu adına tarixi nəticə də qeydə alınıb. Könül Əliyeva Dünya Cüdo Turu çərçivəsində keçirilən “Böyük Dəbilqə” turnirində çempion olan ilk azərbaycanlı qadın cüdoçu kimi tarixə düşüb.

Qeyd edək ki, oktyabrın 29-dan 31-dək keçirilən turnirdə 59 ölkədən 374 idmançı iştirak edib. “Los-Anceles-2028” Yay Olimpiya Oyunlarına lisenziya xalları qazandıran yarışda Azərbaycan 9 çəki dərəcəsində 12 cüdoçu ilə – 8 kişi və 4 qadın idmançı ilə təmsil olunub.







Offside