- Offside
- 22:42 31.10.2026
Azərbaycanın gənclərdən ibarət cüdo komandası İordaniyanın paytaxtı Ammanda keçirilən Asiya Kubokunda uğurlu çıxış edib.
Azərbaycan Cüdo Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, millimiz turnirdə iki qızıl, iki gümüş və bir bürünc olmaqla ümumilikdə beş medal qazanıb.
Gülşən Hüseynova (-48 kq) və Ayan Əliyeva (-63 kq) yarışın qalibi olublar. Eyni çəki dərəcəsində mübarizə aparan Gülgəz Musayeva (-48 kq) və Aytən Verdiyeva (-57 kq) gümüş, Çinarə Sadıqova (-52 kq) isə bürünc medala sahib çıxıb.
Beləliklə, Azərbaycan millisi ilk yarış gününü qızların mübarizəsində birinci, ümumi komanda hesabında isə ikinci pillədə başa vurub.
Qeyd edək ki, beynəlxalq turnirdə 19 ölkədən 121 cüdoçu iştirak edir.