31 oktyabr 2026. Şənbə

Olimpiya və dünya çempionları adaptiv cüdo məşğələsində iştirak ediblər


  • Offside
  • 20:47 31.10.2026
  • Oxunma sayı: 23
Olimpiya və dünya çempionları adaptiv cüdo məşğələsində iştirak ediblər

Azərbaycan Cüdo Federasiyasının (ACF) məşqçilər üçün təşkil etdiyi adaptiv cüdo kursu çərçivəsində praktiki məşğələ keçirilib.

ACF-dən 90deqiqe.Az-a verilən məlumata görə, tədbirdə Azərbaycan Xüsusi Olimpiya Komitəsinin prezidenti, olimpiya mükafatçısı Mövlud Mirəliyev, olimpiya çempionu Zelim Kotsoyev və dünya çempionu Əhməd Yusifov iştirak ediblər.

Tanınmış idmançılar adaptiv cüdo qrupunun üzvləri ilə birlikdə tatamiyə çıxaraq müxtəlif hərəkət və tapşırıqları yerinə yetirib, uşaqlarla ünsiyyət qurub və məşğələdə fəal iştirak ediblər.

Səmimi şəraitdə keçən görüş iştirakçılar üçün həm motivasiya, həm də xoş təcrübə olub.

Qeyd olunub ki, bu cür təşəbbüslər adaptiv cüdonun inkişafına, uşaqların fiziki hazırlığı ilə yanaşı, ünsiyyət və sosiallaşma bacarıqlarının gücləndirilməsinə, eləcə də inklüzivliyin təşviqinə xidmət edir.







Offside