1 noyabr 2026. Bazar günü

U-23 Avropa çempionatı: Azərbaycan cüdoçuları daha iki qızıl medal qazanıblar


  • Offside
  • 22:42 31.10.2026
  • Oxunma sayı: 33
U-23 Avropa çempionatı: Azərbaycan cüdoçuları daha iki qızıl medal qazanıblar

Azərbaycanın cüdoçuları İtaliyanın Neapol şəhərində keçirilən U-23 Avropa çempionatında daha iki qızıl medala sahib çıxıblar.

90deqiqe.Az-ın məlumatına görə, -100 kq çəki dərəcəsində mübarizə aparan Əjdər Bağırov finalda Almaniya təmsilçisi Yannis Başini məğlub edərək Avropa çempionu olub.

Cüdoçumuz həlledici görüşədək ukraynalı İvan Kutenkov, xorvatiyalı Borna Butiyer və avstriyalı Ronald Prölü mübarizədən kənarlaşdırıb.

+100 kq çəki dərəcəsində çıxış edən Kənan Nəsibov da turniri qızıl medalla başa vurub. O, finalda Serbiya təmsilçisi Vidak Malyeviçə qalib gələrək titulunu qoruyub və ardıcıl ikinci dəfə U-23 Avropa çempionu olub. Nəsibov finala gedən yolda xorvatiyalı Luka İvankoviç, fransalı Yan Riqo və almaniyalı Morteza Suhanı məğlub edib.

Beləliklə, Azərbaycan millisi fərdi yarışları üç qızıl medalla başa vuraraq ümumi komanda hesabında birinci yeri tutub.

Qeyd edək ki, daha əvvəl İslam Rəhimov (-66 kq) da ardıcıl ikinci dəfə U-23 Avropa çempionu adını qazanıb.







Offside