1 noyabr 2026. Bazar günü

“Portu” “Eştoril”i darmadağın edib, ardıcıl 10-cu qələbəsini qazanıb


  • Offside
  • 02:31 01.11.2026
  • Oxunma sayı: 51
“Portu” “Eştoril”i darmadağın edib, ardıcıl 10-cu qələbəsini qazanıb

Portuqaliya çempionatının 10-cu turunda “Portu” doğma meydanda “Eştoril”i böyük hesabla məğlub edib.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

“Portu” artıq 4-cü dəqiqədə hesabı açıb. Viktor Froholdt fərqlənərək komandasını önə keçirib.

İkinci hissədə meydan sahibləri üstünlüklərini daha da artırıblar. 64-cü dəqiqədə Borxa Sayns ikinci qolu vurub. Altı dəqiqə sonra Andre Silva hesabı 3:0-a çatdırıb. Qabriel Veyqa isə 73-cü dəqiqədə matçın yekun nəticəsini müəyyənləşdirib – 4:0.

Beləliklə, “Portu” Portuqaliya çempionatında ardıcıl 10-cu qələbəsini qazanıb. Komanda 30 xalla turnir cədvəlinə inamla başçılıq edir.







Offside