- Offside
- 15:56 01.11.2026
Şahmatın rapid və blits növləri üzrə kişilər və qadınlar arasında Azərbaycan çempionatı keçirilib.
Azərbaycan Şahmat Federasiyasından (AŞF) 90deqiqe.Az-a verilən məlumata görə, kişilərin yarışında 14 xal toplayan Xaqan Əhməd ölkə çempionu adını qazanıb.
Çempiondan yarım xal geri qalan Əhməd Əhmədzadə ikinci yeri tutub. Xəzər Babazadə və Allahverdi Həmidov 12,5 xalla eyni nəticə göstərsələr də, əlavə göstəricilərə əsasən Xəzər Babazadə üçüncü olub.
Qadın şahmatçıların mübarizəsində 14 xal toplayan Ləman Hacıyeva bütün rəqiblərini qabaqlayaraq çempionluq sevinci yaşayıb. Türkan Məmmədyarova 13 xalla ikinci, Mələk İsmayıl isə 11,5 xalla üçüncü yeri tutub.
Azərbaycan çempionatının bağlanış mərasimində qaliblərə və mükafatçılara medal və diplomları Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov və qurumun vitse-prezidenti Faiq Həsənov təqdim ediblər.
Qeyd edək ki, çempionatın ümumi mükafat fondu 10 min manat təşkil edib.