- Offside
- 15:56 01.11.2026
Azərbaycan Basketbol Liqasında V turun son iki qarşılaşması keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, Gəncə İdman Sarayında NTD komandasını qəbul edən “Gəncə” 100:80 hesablı qələbə qazanıb.
Digər görüşdə “Sabah” Bakı İdman Sarayında “Sumqayıt”ı 100:85 hesabı ilə məğlub edib.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Ordu” “Naxçıvan”ı 84:76, “Neftçi” isə “LANDAU Lions”u 86:84 hesabı ilə üstələyib.