- Offside
- 20:37 01.11.2026
İspaniyalı tennisçi Karlos Alkaras Avstriyanın paytaxtı Vyanada keçirilən ATP-500 kateqoriyalı turnirin çempionu olub.
90deqiqe.Az-ın məlumatına görə, “Böyük dəbilqə” turnirlərinin yeddiqat qalibi finalda dünya reytinqinin 10-cu pilləsində qərarlaşan avstraliyalı Aleks de Minoru 6:1, 6:4 hesabı ilə məğlub edib.
1 saat 26 dəqiqə davam edən görüşdə Alkaras beş eysə imza atıb, bir qoşa səhvə yol verib və qazandığı səkkiz breyk imkanından dördünü reallaşdırıb. De Minor isə bir eys vurub, üç qoşa səhv edib və heç bir breyk imkanından yararlana bilməyib.
Vyanadakı qələbə Alkarasın karyerasında 28-ci, cari mövsümdə isə dördüncü titul olub. İspaniyalı tennisçi bu il daha əvvəl Avstraliya Açıq çempionatının, həmçinin Doha və Tokio şəhərlərində keçirilən ATP-500 turnirlərinin qalibi olub.