- Offside
- 20:37 01.11.2026
Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.
90deqiqe.Az-ın məlumatına görə, 74 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz ikinci təsəlliverici görüşdə Tacikistan güləşçisi Viktor Rassadinlə qarşılaşıb. Görüş 2:2 hesabı ilə başa çatıb. Xalların keyfiyyətinə görə rəqibindən üstün olan Bayramov bürünc medal uğrunda mübarizəni davam etdirmək hüququ qazanıb.
Qeyd edək ki, Azərbaycan güləşçisi ilk təsəlliverici görüşdə Kosovo təmsilçisi Eqzon Conini 7:0 hesabı ilə məğlub edib.
Dünya çempionatı oktyabrın 24-dən noyabrın 1-dək Astanada keçirilir.
16:53
Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov dünya çempionatının təsəlliverici görüşündə ilk qələbəsini qazanıb.
90deqiqe.Az-ın məlumatına görə, 74 kq çəki dərəcəsində çıxış edən idmançımız Kosovo təmsilçisi Eqzon Conini məğlub edərək bürünc medal uğrunda mübarizəni davam etdirib.
Onun növbəti rəqibi Tacikistan güləşçisi Viktor Rassadin olub.