- Offside
- 20:37 01.11.2026
Azərbaycanın sərbəst güləşçisi İslam Bazarqanov Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında bürünc medal qazana bilməyib.
90deqiqe.Az-ın məlumatına görə, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançımız üçüncü yer uğrunda görüşdə Rusiya təmsilçisi Abubakar Mutaliyevə 2:6 hesabı ilə məğlub olub.
Beləliklə, İslam Bazarqanov mundialı beşinci pillədə başa vurub.
Qeyd edək ki, oktyabrın 24-də start götürən dünya çempionatına bu gün yekun vurulacaq.