- Offside
- 20:37 01.11.2026
Azərbaycanın sərbəst güləşçisi Ali Tsokayev Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında bürünc medala sahib çıxıb.
90deqiqe.Az-ın məlumatına görə, 92 kq çəki dərəcəsində mübarizə aparan idmançımız üçüncü yer uğrunda görüşdə İran təmsilçisi Əmirhüseyn Firuzpura qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Beləliklə, Ali Tsokayev dünya çempionatını bürünc medalla başa vurub.
Qeyd edək ki, oktyabrın 24-də start götürən dünya çempionatına bu gün yekun vurulacaq.