1 noyabr 2026. Bazar günü

Dakar-2026: İbrahim Talıbov Azərbaycan komandasına ilk qızıl medalı qazandırıb


  • Offside
  • 20:37 01.11.2026
  • Oxunma sayı: 63
Dakar-2026: İbrahim Talıbov Azərbaycan komandasına ilk qızıl medalı qazandırıb

Azərbaycan komandası Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında ilk qızıl medalını qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, bu uğura cüdoçu İbrahim Talıbov imza atıb.

55 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda Xorvatiya təmsilçisi Zvorc Jonanı məğlub edərək Azərbaycan yığmasının aktivinə “Dakar-2026”nın ilk qızıl medalını yazdırıb.

Qeyd edək ki, mübarizəyə 1/4 final mərhələsindən başlayan İbrahim Talıbov ilk iki görüşdə Mərkəzi Afrika Respublikasından İbrahim Mussanı və Səudiyyə Ərəbistanı təmsilçisi Muratz Hebahı üstələyib.

Xatırladaq ki, noyabrın 13-dək davam edəcək “Dakar-2026” Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında Azərbaycan 8 idman növündə 13 idmançı ilə təmsil olunur.







Offside