2 noyabr 2026. Bazar ertəsi

AzVİF-in yeni baş katibi kollektivə təqdim olunub


  • Offside
  • 22:47 01.11.2026
  • Oxunma sayı: 46
AzVİF-in yeni baş katibi kollektivə təqdim olunub

Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) yeni baş katibi Əli Məmmədov kollektivə təqdim olunub.

Federasiyadan 90deqiqe.Az-a verilən məlumata görə, Əli Məmmədov oktyabrın 24-də keçirilən İcraiyyə Komitəsinin iclasında baş katib vəzifəsinə təsdiqlənib.

AzVİF-in icraçı vitse-prezidenti Fikrət Hüseynov Əli Məmmədovu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. O, federasiyanın qarşıya qoyduğu məqsədlərin həyata keçirilməsində komanda işinin, koordinasiyanın və institusional əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, yeni baş katibin bu istiqamətdə mühüm rol oynayacağına əminliyini ifadə edib.

Əli Məmmədov göstərilən etimada görə federasiya rəhbərliyinə təşəkkürünü bildirib. O, üzərinə düşən məsuliyyəti dərk etdiyini qeyd edərək, Azərbaycanda velosiped idmanının inkişafı və beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində səylə çalışacağını vurğulayıb.







Offside