2 noyabr 2026. Bazar ertəsi

“Növbəti döyüşüm karyeramda sonuncu olacaq”


  • Offside
  • 23:27 01.11.2026
  • Oxunma sayı: 43
“Növbəti döyüşüm karyeramda sonuncu olacaq”

UFC-nin yüngül və yarım yüngül çəki dərəcələrində sabiq çempionu, irlandiyalı Konor Makqreqor növbəti MMA döyüşünün peşəkar karyerasında sonuncu olacağını bəyan edib.

90deqiqe.Az-ın məlumatına görə, Makqreqor bu barədə sosial şəbəkə X-dəki hesabında paylaşım edib.

O, döyüşlərinin kommersiya göstəricilərinin digər idmançıların nəticələrini üstələdiyini iddia edib və növbəti qarşılaşmasını daha geniş tanıtmaq niyyətində olduğunu bildirib.

“Kanelo”nun döyüşü neçə baxış toplayıb? Arenada neçə tamaşaçı olub? Nə qədər gəlir gətirib? Satış göstəricilərinə görə mən onların hamısını böyük fərqlə qabaqlayıram. Hər birini, özü də xüsusi səy göstərmədən. Bəlkə də hamısını birlikdə. Halbuki bunun üçün heç nə etmirəm.

Son döyüşüm futbol üzrə dünya çempionatının yarımfinalı ilə eyni vaxtda keçirildi. Buna baxmayaraq, həmin uğursuz döyüşdə belə müəyyən göstəricilərə nail oldum. İndi isə geri qayıtmaq üçün daha bir neçə ay gözləməli olacağam.

Növbəti dəfə, son döyüşümdə qarşılaşmanın tanıtımı üçün həqiqətən ciddi səy göstərəcəyəm. Görək, hansı göstəricilərə nail ola biləcəyəm. Öz rekordlarımı yeniləməyə davam edəcəyəm”, – deyə Makqreqor yazıb.







Offside