2 noyabr 2026. Bazar ertəsi

Azərbaycan deflimpiyaçıları karate üzrə Avropa çempionatında üç qızıl medal qazanıblar


  • Offside
  • 11:18 02.11.2026
  • Oxunma sayı: 60
Azərbaycan deflimpiyaçıları karate üzrə Avropa çempionatında üç qızıl medal qazanıblar

Azərbaycan deflimpiyaçıları Bolqarıstanın paytaxtı Sofiyada keçirilən şotokan karate üzrə Avropa çempionatında üç qızıl medala sahib çıxıblar.

Azərbaycan Deflimpiya Komitəsinidən  90deqiqe.Az-a verilən məlumata görə, WSF versiyası üzrə təşkil olunan yarışda Aytən Qədirova (kata), Hikmət Ağayev (+18 yaş, 60 kq, kumite) və Elmin Hüseynli (75 kq, kumite) fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər.

Beləliklə, Azərbaycan təmsilçiləri qitə çempionatını üç qızıl medalla başa vurublar.







Offside