- Offside
- 21:10 02.11.2026
Noyabrın 3-də Yunanıstanın İraklion şəhərində yeniyetmə şahmatçılar arasında Avropa çempionatına start veriləcək.
Azərbaycan Şahmat Federasiyasından (AŞF) 90deqiqe.Az-a verilən məlumata görə, qitə birinciliyində ölkəmizi 40 şahmatçı təmsil edəcək. Komandanın heyətində yeniyetmələr arasında son dünya çempionu Zəhra Allahverdi, əvvəlki Avropa çempionatının gümüş medalçısı Mehriban Əhmədli və bürünc mükafatçısı Məryəm Ağaverdiyeva da yer alıblar.
Ümumilikdə 49 ölkədən 1250 şahmatçı altı yaş kateqoriyası üzrə medallar uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin tərkibində yeniyetmələrdən ibarət komandanın baş məşqçisi Nicat Məmmədov, məşqçilər Fərid Abbasov, Elmar Atakişiyev və Orxan Abdulov da yer alıblar. Nümayəndə heyətinə Raul Quliyev rəhbərlik edir.