2 noyabr 2026. Bazar ertəsi

Bakıda U-23 boksçuların təlim-məşq toplanışı keçirilir


  • Offside
  • 11:26 02.11.2026
  • Oxunma sayı: 51
Bakıda U-23 boksçuların təlim-məşq toplanışı keçirilir

Bakıda boks üzrə U-23 Azərbaycan millisinin növbəti təlim-məşq toplanışına start verilib.

Azərbaycan Boks Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, noyabrın 12-dək davam edəcək hazırlıq prosesində Türkiyə yığması da iştirak edir.

Bakı Boks Mərkəzində təşkil olunan toplanışa ümumilikdə 25-dək boksçu qatılıb. Komandalar gündə iki dəfə məşq edəcək, həmçinin sınaq döyüşlərində güclərini yoxlayacaqlar.

Hazırlıq prosesində əsas diqqət texniki-taktiki çalışmaların təkmilləşdirilməsinə yönəldiləcək. Məşqlər Xorvatiyada keçiriləcək U-23 Avropa çempionatına hazırlıq məqsədi daşıyır.

Qeyd edək ki, qitə çempionatı noyabrın 16-dan 24-dək təşkil olunacaq.







Offside