2 noyabr 2026. Bazar ertəsi

Atçılığın konkur növü üzrə Azərbaycan çempionatı keçiriləcək


  • Offside
  • 11:54 02.11.2026
  • Oxunma sayı: 46
Atçılığın konkur növü üzrə Azərbaycan çempionatı keçiriləcək

Atçılığın konkur növü üzrə Azərbaycan çempionatı təşkil olunacaq.

Azərbaycan Respublikası Atçılıq Federasiyasından (ARAF) 90deqiqe.Az-a verilən məlumata görə, ilin son yarışı ölkənin ən güclü konkurçularını bir araya gətirəcək.

Bir gün davam edəcək turnirdə idmançılar üç fərqli kateqoriya üzrə mübarizə aparacaqlar. Yarış iştirakçıları 70-80, 100-115 və 125-130 santimetr hündürlüyündəki maneələri qüsursuz dəf etməyə çalışacaqlar.

Yarışın qalibləri kubok, medal və diplomlarla təltif olunacaqlar.







Offside