- Offside
- 21:10 02.11.2026
Azərbaycan deflimpiyaçıları Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Şotokan karate üzrə Avropa çempionatında uğurlu çıxış ediblər.
Azərbaycan Deflimpiya Komitəsinidən 90deqiqe.Az-a verilən məlumata görə, 31 oktyabr – 1 noyabr tarixlərində WSF versiyası üzrə təşkil olunan qitə birinciliyində 17 ölkədən 441 idmançı mübarizə aparıb. Azərbaycan yarışda 9 eşitmə məhdudiyyətli idmançı ilə təmsil olunub.
Azərbaycan təmsilçiləri çempionatı 3 qızıl, 3 gümüş və 2 bürünc olmaqla ümumilikdə 8 medalla başa vurublar.
Beləliklə, milli komandamız beynəlxalq yarışda müxtəlif əyarlı medallar əldə edərək ölkəmizi uğurla təmsil edib.