2 noyabr 2026. Bazar ertəsi

Ravin Alməmmədov dünya çempionatını 12-ci yerdə başa vurub


  • Offside
  • 18:26 02.11.2026
  • Oxunma sayı: 50
Ravin Alməmmədov dünya çempionatını 12-ci yerdə başa vurub

Azərbaycan ağırlıqqaldıranı Ravin Alməmmədov Çinin Ninqbo şəhərində keçirilən dünya çempionatında çıxışını başa vurub.

Azərbaycan Ağırlıqqaldırma Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, 85 kq çəki dərəcəsində mübarizə aparan idmançımız birdən qaldırma hərəkətində 162 kq nəticə göstərib.

Təmsilçimiz təkanla qaldırmada isə 198 kq ağırlığı ram edib. Beləliklə, iki hərəkətin cəmində 360 kq nəticə göstərən Ravin Alməmmədov dünya çempionatını 12-ci pillədə başa vurub.

Qeyd edək ki, Ravin Alməmmədov dünya çempionatında 85 kq çəki dərəcəsində mübarizə aparan ən gənc atlet olub.







Offside