2 noyabr 2026. Bazar ertəsi

Xankəndidə ilk dəfə cüdo üzrə kəmər imtahanı keçirilib


  • Offside
  • 18:33 02.11.2026
  • Oxunma sayı: 46
Xankəndidə ilk dəfə cüdo üzrə kəmər imtahanı keçirilib

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə ilk dəfə Xankəndi şəhərində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.

ACF-dən 90deqiqe.Az-a verilən məlumata görə, Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbdə təşkil olunan imtahanda 78 cüdoçu iştirak edib.

İdmançılar yaş uyğunluğuna əsasən, ağ-sarı, sarı, narıncı, yaşıl və göy kəmər dərəcələri üzrə bacarıqlarını nümayiş etdiriblər. İmtahanı uğurla başa vuran iştirakçılara müvafiq kəmər və sertifikatlar təqdim olunub.

Qeyd edək ki, kəmər imtahanları cüdoçuların texniki bacarıqlarını sistemli şəkildə inkişaf etdirməsinə və motivasiyalarının artırılmasına xidmət edir. Bu dərəcələr nüfuzlu daxili yarışlarda iştirak üçün də vacib şərtlərdən biri hesab olunur.







Offside