2 noyabr 2026. Bazar ertəsi

Azərbaycan karateçisi Sofiyada gümüş medal əldə edib


  • Offside
  • 18:59 02.11.2026
  • Oxunma sayı: 42
Azərbaycan karateçisi Sofiyada gümüş medal əldə edib

Azərbaycanlı karateçi Yusif Qəhrəmanlı Bolqarıstanın paytaxtı Sofiyada keçirilən 16-cı WSF Avropa Ölkələri Şotokan Karate Birinciliyində gümüş medala sahib çıxıb.

Azərbaycan Karate Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, 14-15 yaşlı idmançılar arasında 70 kq-dək çəki dərəcəsində mübarizə aparan təmsilçimiz yarışda ikinci yeri tutaraq fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Qeyd edək ki, Yusif Qəhrəmanlı yarışa məşqçiləri Şahin və Rəşid Xudaverdiyevlərin rəhbərliyi altında hazırlaşıb.







Offside