2 noyabr 2026. Bazar ertəsi

Azərbaycan taekvondoçuları “Serbia Open 2026” turnirində iki medal qazanıblar


  • Offside
  • 20:33 02.11.2026
  • Oxunma sayı: 41
Azərbaycan taekvondoçuları “Serbia Open 2026” turnirində iki medal qazanıblar

Azərbaycanın böyüklərdən ibarət taekvondo millisi Serbiyanın paytaxtı Belqradda keçirilən “Serbia Open 2026” beynəlxalq turnirində uğurlu çıxış edib.

Azərbaycan Taekvando Federasiyasından  90deqiqe.Az-a verilən məlumata görə, yarışda kişilərdən ibarət komandamızın üzvü Qaşim Maqomedov (63 kq) qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Qadınların mübarizəsində isə Minayə Əkbərova (46 kq) bürünc medala sahib çıxıb.

Beləliklə, Azərbaycan millisi beynəlxalq turniri bir qızıl və bir bürünc medalla başa vurub.







Offside