2 noyabr 2026. Bazar ertəsi

“Bu cür rekordlar məni maraqlandırmır”


  • Offside
  • 21:10 02.11.2026
  • Oxunma sayı: 53
“Bu cür rekordlar məni maraqlandırmır”

“İnter Mayami” və Argentina millisinin hücumçusu Lionel Messi karyerasında vurduğu qolların sayı barədə danışıb.

90deqiqe.Az-ın məlumatına görə, səkkizqat “Qızıl top” sahibi 1000 qol həddinə çatmağı qarşısına məqsəd qoymadığını etiraf edib.

 “Vay, doğrudanmı? Xeyr, mən heç nəyin arxasınca qaçmıram. Həmişə demişəm ki, əslində, bu cür rekordlar məni maraqlandırmır. Sadəcə futboldan zövq almaq və oyunların dadını çıxarmaq istəyirəm”, – deyə Messi bildirib.

Qeyd edək ki, Lionel Messi 2023-cü ilin yayından ABŞ-nin “İnter Mayami” klubunda çıxış edir. Hazırda argentinalı hücumçunun hesabında 937 qol var.







Offside