3 noyabr 2026. Çərşənbə axşamı

Orxan Qubatov snuker üzrə Azərbaycan çempionu olub


  • Offside
  • 11:21 03.11.2026
  • Oxunma sayı: 11
Orxan Qubatov snuker üzrə Azərbaycan çempionu olub

Bilyardın “Snuker” növü üzrə Azərbaycan ölkə çempionatına yekun vurulub.

Azərbaycan Bilyard Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, bir neçə gün davam edən yarışda ölkənin güclü snuker ustaları çempionluq uğrunda mübarizə aparıblar.

Yekun nəticələrə əsasən, Orxan Qubatov bütün rəqiblərini üstələyərək çempion tituluna və qızıl medala sahib çıxıb. Orxan Rzayev ikinci, Vüqar Omarov və Tural Zeynallı isə üçüncü yeri tutublar.

Qeyd edək ki, bu cür yarışların təşkili ölkədə snukerin inkişafı, idmançılar arasında rəqabətin gücləndirilməsi, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və yeni istedadların üzə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır.







Offside