3 noyabr 2026. Çərşənbə axşamı

Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb


  • Offside
  • 11:36 03.11.2026
  • Oxunma sayı: 12
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov oktyabr ayında beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş Azərbaycan idmançıları ilə görüşüb.

Gənclər və İdman Nazirliyindən 90deqiqe.Az -a verilən məlumata görə, Azərbaycan İdman Akademiyasında keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Fərid Qayıbov çıxışında idmançılarımızın beynəlxalq arenalarda qazandıqları uğurları yüksək qiymətləndirib, onları və məşqçilərini təbrik edib. Nazir bildirib ki, oktyabr ayı ərzində Azərbaycan Respublikasının Dövlət Himni 17 ölkədə səsləndirilib. İdmançılarımız ümumilikdə 51 qızıl, 43 gümüş və 74 bürünc medal qazanıblar.

Tədbirdə beynəlxalq yarışlarda əldə edilmiş nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub. Müxtəlif idman növlərinin nümayəndələri iştirak etdikləri yarışlar və qazandıqları nəticələr barədə məlumat veriblər.

Sonda nazir idmançılara qarşıdakı yarışlarda daha böyük uğurlar və qələbələr arzulayıb.

Görüşdə, həmçinin Fərid Qayıbovun mentoru olduğu “Yüksəliş” müsabiqəsinin qalibi, Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin poliklinikasının rəisi Ramil Hüseynzadə iştirak edib.







Offside