5 noyabr 2026. Cümə axşamı

Azərbaycan paralimpiyaçısı Sofiyada qızıl medal qazanıb


  • Offside
  • 15:46 04.11.2026
  • Oxunma sayı: 37
Azərbaycan paralimpiyaçısı Sofiyada qızıl medal qazanıb

Azərbaycan paralimpiyaçısı Aysel Əhmədli Bolqarıstanın paytaxtı Sofiyada keçirilən 16-cı WSF Şotokan Karate üzrə Avropa çempionatında qızıl medal qazanıb.

Milli Paralimpiya Komitəsindən 90deqiqe.Az -a verilən məlumata görə, iki gün davam edən yarışda parakaratenin K10 kateqoriyasında mübarizə aparan idmançımız bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Beləliklə, Aysel Əhmədli qitə çempionatını qızıl medalla başa vurub.







Offside