5 noyabr 2026. Cümə axşamı

AVF prezidenti Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçularla görüşüb


  • Offside
  • 12:32 04.11.2026
  • Oxunma sayı: 30
AVF prezidenti Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçularla görüşüb

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Ağsu şəhər 4 nömrəli tam orta məktəbin idman zalında yeniyetmə voleybolçularla görüşüb.

90deqiqe.Az xəbər verir ki, tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, digər rəsmi şəxslər, Oğuz RVK-nı təmsil edən idmançılar və onların valideynləri iştirak ediblər.

Şahin Bağırov idmançılarla söhbət zamanı onlara tövsiyələrini verib, valideynlərlə fikir mübadiləsi aparıb.

Daha sonra qonaqlar yeniyetmə voleybolçuların məşq prosesini izləyiblər.

Sonda xatirə fotosu çəkdirilib.







Offside