5 noyabr 2026. Cümə axşamı

Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatında ilk qaliblər müəyyənləşib - FOTOLAR


  • Offside
  • 21:59 04.11.2026
  • Oxunma sayı: 43
Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatında ilk qaliblər müəyyənləşib - FOTOLAR

Bakıda keçirilən yanğınsöndürmə-xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatında hücum nərdivanı ilə qalxma növü üzrə qalib və mükafatçılar bəlli olub.

90deqiqe.Az xəbər verir ki, çempionatın proqramına uyğun olaraq, kişilər arasında hücum nərdivanı ilə dördüncü mərtəbəyə qalxma növündə yarımfinal və final, qadınlar arasında isə ikinci mərtəbəyə qalxma üzrə final yarışları keçirilib.

Kişilərin mübarizəsində Rusiya təmsilçiləri bütün mükafatları qazanıblar. Dmitri Qrebenşikov qızıl, Zelimxan Kubayev gümüş, Stanislav Titorenko isə bürünc medala sahib çıxıb.

Qadınların yarışında Rusiyanı təmsil edən Mariya Kataseva birinci yeri tutub. Belarus idmançısı Aleksandra Lasenkova gümüş, digər rusiyalı Yekaterina Sidorenko isə bürünc medal qazanıb.

Qalib və mükafatçılara medalları Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti Aleksandr Çuprian təqdim ediblər.

Mükafatlandırma mərasimində qalib ölkələrin dövlət himnləri səsləndirilib.







Offside