5 noyabr 2026. Cümə axşamı

Atletika üzrə beynəlxalq yarışlara hazırlıq məqsədilə seçim sınağı keçirilib


  • Offside
  • 17:50 04.11.2026
  • Oxunma sayı: 32
Atletika üzrə beynəlxalq yarışlara hazırlıq məqsədilə seçim sınağı keçirilib

Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə Suraxanı Atmalar Bazasında atma növləri üzrə seçim xarakterli sınaq təşkil olunub.

Federasiyadan 90deqiqe.Az-a verilən məlumata görə, sınaq zamanı idmançılar nizəatma, lövhəatma və çəkicatma növləri üzrə bacarıqlarını nümayiş etdiriblər.

Seçim tədbirinin əsas məqsədi 2027-ci ildə İstanbulda keçiriləcək komandalararası Avropa çempionatına və digər nüfuzlu beynəlxalq yarışlara hazırlıq çərçivəsində namizəd idmançıları müəyyənləşdirməkdir.







Offside