5 noyabr 2026. Cümə axşamı

“Gəncə” FIBA Avropa Kubokunda növbəti məğlubiyyətini alıb


  • Offside
  • 22:58 04.11.2026
  • Oxunma sayı: 37
“Gəncə” FIBA Avropa Kubokunda növbəti məğlubiyyətini alıb

“Gəncə” basketbol komandası FIBA Avropa Kubokunda növbəti oyununu keçirib.

90deqiqe.Az-ın məlumatına görə, Murad Dikmənin baş məşqçisi olduğu kollektiv C qrupunun V turunda Rumıniyada “Universitatiya” komandasının qonağı olub. Görüş meydan sahiblərinin 105:96 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, “Gəncə” qrupda daha əvvəl Yunanıstan təmsilçisi “Kolossos”a (62:80) və Türkiyənin “Esenler Erokspor” klubuna (63:92) məğlub olub. Təmsilçimiz evdə isə Portuqaliyanın “Sportinq” komandasını 69:67 hesabı ilə üstələyib.







Offside