- Offside
- 02:16 05.11.2026
“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirib.
90deqiqe.Az-ın məlumatına görə, H qrupunda Bolqarıstanın “Lokomotiv” kollektivinin qonağı olan “ağ-qaralar” Plovdiv şəhərində baş tutan görüşdə 72:76 hesabı ilə məğlub olublar.
Qeyd edək ki, “Neftçi” qrupda keçirdiyi əvvəlki dörd qarşılaşmada da uduzub. Komanda İsveçrənin “Fribur Olimpik” klubuna 73:78, Yunanıstanın “Mikonos” kollektivinə 58:78, Latviyanın VEF komandasına 94:110, Rumıniyanın “Oradya” klubuna isə 83:99 hesabı ilə məğlub olub.