5 noyabr 2026. Cümə axşamı

“LANDAU Lions” FIBA Avropa Kubokunda növbəti məğlubiyyətini alıb


  • Offside
  • 00:57 05.11.2026
  • Oxunma sayı: 40
“LANDAU Lions” FIBA Avropa Kubokunda növbəti məğlubiyyətini alıb

Azərbaycanın “LANDAU Lions” basketbol komandası FIBA Avropa Kubokunda növbəti oyununu keçirib.

90deqiqe.Az-ın məlumatına görə, G qrupunun V turu çərçivəsində Portuqaliyanın “Benfika” kollektivi ilə qarşılaşan təmsilçimiz Lissabonda keçirilən görüşdə 76:97 hesabı ilə məğlub olub.

Qeyd edək ki, “LANDAU Lions” IV turda Türkiyənin “Denizli Basket” komandasını 94:86 hesabı ilə məğlub edib. Erhan Tokerin baş məşqçisi olduğu kollektiv bundan əvvəl isə Danimarkanın “Bakken Birs” (88:91), İsveçrənin “Lions de Geneve” (83:105) və Slovakiyanın “Prievidza” (84:108) komandalarına uduzub.







Offside