5 noyabr 2026. Cümə axşamı

Alkaras amerikalı rəqibini mübarizədən kənarlaşdırdı


  • Offside
  • 02:16 05.11.2026
  • Oxunma sayı: 40
Alkaras amerikalı rəqibini mübarizədən kənarlaşdırdı

İspaniyalı tennisçi, “Böyük dəbilqə” turnirlərinin yeddiqat qalibi və dünya reytinqinin üçüncü pilləsində qərarlaşan Karlos Alkaras Parisdə keçirilən “Masters” turnirində üçüncü mərhələyə yüksəlib.

90deqiqe.Az-ın məlumatına görə, 27 yaşlı tennisçi ikinci dövrənin ilk oyununda ABŞ təmsilçisi, dünya reytinqində 35-ci olan Aleks Mihelsenlə qarşılaşıb. 1 saat 42 dəqiqə davam edən görüş Alkarasın 7:6 (7:4), 6:3 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşma ərzində Mihelsen iki eyslə yadda qalıb, ikiqat səhvə yol verməyib və qazandığı üç breyk imkanından birini reallaşdırıb. Alkaras isə üç eys edib, ikiqat səhvə yol verməyib və dörd breyk imkanından ikisindən yararlanıb.

Alkaras növbəti mərhələdə italiyalı Matteo Berrettini ilə üz-üzə gələcək.







Offside