5 noyabr 2026. Cümə axşamı

Bakıda U-17 cüdoçular arasında şəhər birinciliyi keçiriləcək


  • Offside
  • 09:19 05.11.2026
  • Oxunma sayı: 31
Bakıda U-17 cüdoçular arasında şəhər birinciliyi keçiriləcək

Noyabrın 9-10-da Abşeron Olimpiya İdman Kompleksində 17 yaşadək yeniyetmələr arasında cüdo üzrə Bakı şəhər birinciliyi təşkil olunacaq.

Azərbaycan Cüdo Federasiyasından (ACF) 90deqiqe.Az-a verilən məlumata görə, yarışda 71 klub və idman cəmiyyətindən 587 cüdoçu mübarizə aparacaq. Onlardan 483-ü oğlan, 104-ü isə qız idmançıdır. İştirakçılar 16 çəki dərəcəsi üzrə medallar uğrunda qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, birinciliyin əsas məqsədi kvotalar əsasında Azərbaycan çempionatında iştirak edəcək idmançıları müəyyənləşdirməkdir.







Offside